Tarixi unutqanlıq.

Bir xalq tarixini unutduqda, yalnız keçmişini deyil, gələcəyini də riskə atır. Çünki tarix – yalnız keçmişin təqvimi deyil, gələcəyin xəritəsidir. Bizə qarşı törədilən soyqırımlar, işğallar, alçaldıcı müqavilələr və sükutla örtülən faciələr unudulduqca, onlar yenidən təkrarlanmaq üçün fürsət gözləyir.

Qurbanları tanımayan bir nəsil, zülmkarları qəhrəmanlaşdıra bilər. Zəncirini unutmuş biri, onu boynuna təkrar taxmaqdan qorxmaz. Tarixin unudulması – fərdi cəhətdən cəhalət, milli miqyasda isə fəlakətdir.

Bizə qarşı edilmiş haqsızlıqları tanımamaq, gələcək nəsillərin eyni səhvləri yaşaması üçün zəmin hazırlamaqdır. Tarixçi olmaq, yalnız keçmişi yazmaq deyil – gələcəyin yaddaşını qurmaqdır. Unutqan cəmiyyətlər, daima eyni qaranlıq dairənin içində fırlanar. Tarix – ancaq yadda saxlanıldıqca bizi azad edə bilər.