Tarix fənni üzrə sertifikasiya hazırlığı
Tarix fənni üzrə müəllimlərin sertifikasiya imtahanına hazırlaşmaq istəyənlər üçün nəzərdə tutulmuş bu proqram, mövcud təhsil proqramına və Təhsil İnstitunun (ARTİ) çərçivə sənədinə tam uyğundur.
Əhatə edir:
- Azərbaycan tarixi (Qədim dövrdən müasir dövrə qədər)
- Ümumi dünya tarixi (İbtidai icmadan müasir beynəlxalq münasibətlərə qədər)
- Tarixi xronologiyalar və dövrlərin müqayisəsi
- Tarixi şəxsiyyətlər və onların fəaliyyətinin təhlili
- Xəritə üzərində analiz və sualların cavablandırılması
- Səbəb-nəticə əlaqələrinin qurulması və şərhlər
- Tarixi sənədlər, mənbələr və onların təhlili
Bütün mövzular xəritə və slayd üzərində izah edilir.
Dərslər necə keçirilir?
- Bütün dərslər interaktiv şəkildə keçirilir
- Xüsusi hazırlanmış slaydlar və xəritələrlə izah
- Hər dərsdən sonra mövzuya uyğun testlər və izahlı müzakirə
- Aylıq mövzu sınaqları və nəticələrin təhlili
Bütün izahlar video şəklində qeydə alınır və sonradan qruplara göndərilir.
Kimlər Üçün Uyğundur?
- Tarix müəllimi olaraq fəaliyyət göstərənlər və sertifikasiyaya hazırlaşanlar
- Tarix üzrə bakalavr və ya magistr təhsilli olan, müəllim olmaq istəyən şəxslər
- Sertifikasiya keçmək üçün biliklərini təzələmək istəyənlər